TOP 10

Kamran Ağayev məşqçiliyi oxuyacaq: “Məndə o qabiliyyət yoxdur”

Futbol
Tarix: 2020-09-23 16:41

“Bizdə futbolda uğur qazanmaq çox çətindir. Yalnız fərdi olaraq fərqlənə bilirsən. Futbolda birinci yeri tutmaq üçün Braziliyanı, İspaniyanı məğlub etməlisən”.

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in qapıçısı Kamran Ağayev APA TV-də yayımlanan “Günün yarısı” verilişində qonaq olarkən deyib.

İl yarımlıq fasilədən sonra yenidən özünə komanda tapan 34 yaşlı qolkiper məşqçiliyə başlamaq üçün hələ çox tez olduğunu düşünür: “Açığı, zədəli olduğum vaxt karyeramı bitirmək fikrinə düşmüşdüm. Amma istər-istəməz futboldan ötrü darıxırdım. Düşünürsən ki, məşqçiliyə başlayım, amma yenə meydanda olmaq istəyirsən. Məşqçi gərək psixoloq olsun, futbolçunun dilini bilsin. Hər karyerasını bitirəndən məşqçi çıxmaz. Çox valideyn mənə deyir ki, bu uşağı yetişdir. Axı məndə indi o qabiliyyət yoxdur, buna hazır deyiləm”.

 

Milli komandamızın sabiq qolkiperi məşqçilik kursuna yazılacağını da istisna etməyib: “İnşallah, məşqçiliyi oxuyaram, bu peşəni ətraflı araşdıraram. Məşqçi hətta insan orqanizmini də bilməlidir. Bilməsə, futbolçunun meydanda ürəyi dayanıb ölər. Əvvəllər kross qaçışı vaxtı məşqçi arxamızca avtobusla gəlirdi, qaçmaq da olmurdu. Amma indi texnologiya inkişaf edib. Bunun üçün xüsusi alətlər var”.

 

Qeyd edək ki, Kamran Ağayev “Səbail”lə mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB