TOP 10

“Qarabağ”dan 4 qol buraxan qapıçı: "Bu komandadansa “Şerif”lə oynamaq yaxşıdır”

Futbol
Tarix: 2020-09-23 16:28

“Püşkatmadan narazı deyiləm. Çempionlar Liqasında uduzsaq da, Avropa Liqasında yolumuza davam etmək istəyirik”. Sport24.az xəbər verir ki, bunu İrlandiyanın “Dandolk” klubunun qapıçısı Qari Rocers Avropa Liqasının III təsnifat mərhələsində Moldova “Şerif”i ilə keçiriləcək oyunöncəsi deyib.

 

39 yaşlı irlandiyalı qolkiper mübarizəyə Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək “Qarabağ”a rəqib olmamalarına sevindiyini gizlətməyib: “Şerif”i keçməyin çətin olacağını bilirik. Onlar da bizim kimi, mərhələ adlamaqda iddialıdır. Ancaq bu mərhələdə “Qarabağ” və ya başqa bir güclü komanda ilə də düşə bilərdik. Onlardansa “Şerif”lə oynamaq daha yaxşıdır. Moldova klubu cütün favoriti sayılsa da, matçın azarkeşsiz keçirilməsi xeyrimizə olacaq”.

 

"Şerif” – “Dandolk” oyunu sentyabrın 24-də Tiraspolda keçiriləcək. 

 

Qeyd edək ki, Rocers "Dandolk" ötən mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la matçları (evdə 1:1, səfərdə 0:3) əvəzolunmadan keçirib. 

 

 

football24
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB