TOP 10

“Sabah”da yeni müqavilə

Futbol
Tarix: 2020-09-23 16:00

“Sabah” FK ilə “Maxi.az” mağazalar şəbəkəsi arasında əməkdaşlıq və sponsorluq müqaviləsinin müddəti artırılıb. Sport24.az xəbər verir ki, yeni müqavilənin müddəti 2020/21 mövsümünün sonuna kimidir.

 

“Sabah” Futbol Akademiyasını əhatə edəcək əməkdaşlıq çərçivəsində “Maxi.az” ilə klub arasında uşaq futbolunun inkişafı, ölkədə futbolun kütləviləşməsi və bu oyuna marağın yaradılması istiqamətində birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

 

Xatırladaq ki, “Sabah” FK və “Maxi.az” mağazalar şəbəkəsi ötən ilin noyabr ayından əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində klubun futbol akademiyasını əhatə edən bir çox tədbirlər və layihələr həyata keçirilib.

football24
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB