TOP 10

“Barselona”nın futbolçusu rəsmən İngiltərə klubunda

Dünya Futbolu
Tarix: 2020-09-23 19:21

“Barselona”nın müdafiəçisi Nelson Semedonun İngiltərənin “Vulverhempton” klubuna keçidi rəsmiləşib. Sport24.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 

26 yaşlı futbolçu ilə 3+2 illik müqavilə imzalanıb. Portuqal futbolçu yeni komandasında “22” nömrəli formanı geyinəcək.


Kataloniya klubu “canavarlar”ın Semedo üçün 30 milyon avro ödədiyini açıqlayıb. 


Qeyd edək ki, Nelson Semedo 2017-ci ildən "Barselona"nın uğurları üçün çalışırdı.

football24
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB