TOP 10

Əliyar Ağayevin təyinat aldığı Avroliqa matçı təxirə salına bilər

Dünya Futbolu
Tarix: 2020-09-23 15:42

Futbol üzrə Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Rumıniya “Styaua”sı ilə Çexiyanın “Slovan” (Liberets) komandaları arasında keçirilməli olan oyun təxirə salına bilər. Sport24.az xəbər verir ki, buna meydan sahiblərinin heyətində 5 futbolçunun koronavirusa yoluxması səbəb göstərilir. Qarşılaşma baş tutsa belə, Rumıniya klubu meydana zəif heyətlə çıxmalı olacaq.

 

Buxarest təmsilçisi matçın vaxtının dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət edib.

 

Xatırladaq ki, “Styaua” Avropa Lqiasının 2-ci təsnifat mərhələsində "Baçka Topola" (Serbiya) ilə görüş öncəsi də oxşar problemlə üzləşmişdi. Həmin vaxt bu komandandada virusa 9 yoluxma halı aşkarlanmışdı. Lakin rumınlar həmin oyundan qalib ayrılmağı bacarmışdılar.

 

Qeyd edək ki, sentyabrın 24-nə nəzərdə tutulan "Styaua" - "Slovan" matçını Azərbaycanın FİFA referisi Əliyar Ağayev idarə etməlidir.

football24
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB