TOP 10

"Boluspor"un baş məşqçisi Araz Abdullayevdən danışdı: "Hələ tam hazır deyil"

Futbol
Tarix: 2020-09-23 12:12

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev yeni keçdiyo “Boluspor”un baş məşqçisi Ahmet Taşyürek komandanın hazırlı durumunu dəyərləndirib. Sport24.az xəbər verir ki, TFF I liqa təmsilçisinin çalışdırıcısı  yeni yığılmış heyətə malik olduqlarını və zamanla daha güclü olacaqlarını söyləyib.

 

Taşyürek heyətə yenicə cəlb edilən Abdullayevin də durumundan söz açıb: “İki həftədir göstərilən oyundan məmnun deyiləm. Ötən oyunla müqayisədə bu dəfə 5 dəyişiklik etmişdik. Bəzi oyunçular uzun fasilədən sonra meydana ayaq basdılar. Araz Abdullayev həftəiçi kollektivə qoşuldu və dərhal oyuna çıxdı. Həm o, həm də digərləri hələ tam hazır deyil. Fiziki və uyğunlaşma baxımdan çatışmazlıqlarımız var”.

 

Qeyd edək ki, ilk iki turdan sonra hesabına cəmi 1 xal yazdıran “Boluspor” növbəti matçını sentyabrın 28-də evdə “Altınordu”yla keçirəcək. 

football24
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB