TOP 10

“Qrasshoppers” yeni hücumçu icarəyə götürdü - Renat Dadaşova görə

Futbol
Tarix: 2020-09-23 10:30

“Qrasshoppers” “Vulverhempton”un daha bir futbolçusunu icarəyə götürüb. Sport24.az xəbər verir ki, aşağı liqa təmsilçisi bu dəfə hücumçu Leo Bonatinini heyətinə cəlb edib.

 

Bu yaxında Premyer Liqa klubundan Azərbaycan millisinin hücumçusu Renat Dadaşovu eyni şərtlərlə heyətinə qatan “Qrasshoppers”in Bonatini ilə anlaşmasında həmyerlimizin də rolu olub. Məsələ ondadır ki, Renat məşq zamanı çarpaz bağından zədə aldığı üçün klub daha bir hücumçu gətirmək qərarını gəlib. Bonatini 2022-ci ilin yayına qədər icarəyə götürülüb.

 

Qeyd edək ki, Leo 2017-ci ildən “Vulverhempton”da olsa da, müxtəlif klublarda icarəyə əsasında oynayıb.

 

  •  
football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB