TOP 10

Morata yenidən "Yuventus"da - RƏSMİ

Dünya Futbolu
Tarix: 2020-09-23 15:21

"Yuventus" "Atletiko"nun hücumçusu Alvaro Moratanı satın alma şərti ilə icarəyə götürüb. Sport24.az xəbər verir ki, Turin təmsilçisi bu keçid üçün 10 milyon avro təzminat ödəyib.

 

Moratayla "1+1 il" şərtiylə icarə sözləşməsi imzalanıb. "Qoca sinyora" 27 yaşlı ispan futbolçunu 45 milyon avroya transfer etmək hüququna sahibdir.

 

Alvaro 2014-16-cı illərdə "Yuventus"də çıxış edib. O, A Seriyasında keçirdiyi 63 oyunda 15 qol vurub. 

 

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB