TOP 10

Niderland millisinin yeni baş məşqçisi bilindi

Dünya Futbolu
Tarix: 2020-09-23 13:31

Niderland millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, komandanı bundan sonra Frank de Bur çalışdıracaq.

 

50 yaşlı mütəxəssislə aparılan danışıqlar müsbət nəticələnib. De Bur Niderland Kral Futbol Assosiasiyası ilə 2 illik müqavilə bağlamağa razılıq verib. O, bu postda “Barselona”nın baş məşqçisi təyin olunan Ronald Kumanı əvəzləyəcək.

 

Qeyd edək ki, de Burun son iş yeri ABŞ klubu “Atlanta Yunayted” olub. O, həmçinin “Ayaks” (Niderland), “İnter” (İtaliya) və “Kristal Pelas”a (İngiltərə) da rəhbərlik edib.

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB