TOP 10

Millimizin futbolçusunun klubunda koronavirus aşkarlandı

Futbol
Tarix: 2020-09-23 10:18

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın “Albasete” klubunda koronavirusa yoluxma qeydə alınıb. Sport24.az xəbər verir ki, klubun rəsmi saytı əsas komandanın məşqçilər heyəti, futbolçular və işçilər koronavirus testindən keçdiyini və onlardan birinin nəticəsi müsbət olduğunu açıqlayən 

 

Ancaq “Albasete” infeksiyaya yoluxan həmin şəxsin adını açıqlamaayaraq, onun hazırda evində karantində olduğunu və özünü yaxşı hiss etdiyini bildirib.Klub testin nəticələrini Primero rəhbərliyinə və səhiyyə orqanlarına göndərib. 

 

Qeyd edək ki, İsrafilov milimizin UEFA Millətlər Liqasındakı Lüksemburq və Kiprlə matçlarında iştirak etməyib. 28 yaşlı yarımmüdafiəçi İspaniyadakı vəziyyətin koronavirus səbəbindən gərgin olduğunu və qayıdarkən iki test prosedurundan keçməsini əsas gətirərək toplanışa qatılmayıb. 

 

football24
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB