TOP 10

Diniyev turu şərh etdi: "Paradoksal səslənsə də, "Neftçi"nin qələbəsi gözlənilməz olmadı"

Futbol
Tarix: 2020-09-23 11:24

AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Azərbaycan Premyer Liqasının III turunun nəticələrini şərh edib. Təcrübəli mütəxəssis Sport24.az-ın əməkdaşıyla söhbətində bütün nəticələri ədalətli adlandırıb.
 

 

"Qəbələ" - "Keşlə" - 0:0

"Paytaxt klubunun "Qarabağ"la heç-heçə etdiyi II turun nəticəsini xatırlayanda, qonaqların dominant tərəf olacağını güman etmək olardı. İlk hissədə, hətta Elmar Baxşıyevin komandası azlıqda qaldığı müddətdə də qələbə qazanmağa layiq idi. Ancaq Nikolas Rayselin meydandan çıxarılmasından sonra vəziyyət dəyişdi. Matçın ilk saatı ərzində "Qəbələ" qol vurmaq üçün çox sayda şans yaratdı, amma reallaşdırma uğursuz oldu. Buna baxmayaraq, matçın son yarım saatını nəzərə alsaq, nəticəni ədalətli adlandırmaq olar".

 

 

"Sumqayıt" - "Səbail" - 2:1

"İkinci turda “Sumqayıt” rəqibini bütün komponentlərdə üstələyərək “Neftçi” üzərində qələbə qazandısa, hesabat turunda görüşdüyü “Səbail” sıradan bir komanda təsiri bağışlamadı. Paytaxt klubu əzmkar çıxış etdi və heç-heçə etməsi yetərincə mümkün idi. Qonaqlar əks-hücumlar zamanı bir az daha sürətli olsaydılar, mövsümdə ilk xalını qazana bilərdilər. Ancaq buna baxmayaraq, "kimyaçılar"ın oyununu kölgə altına salmayacağıq. Sumqayıtlılar şanslarından əla istifadə etdilər və bu da layiqlli qələbə qazandıqlarını bəyan etməyə imkan verir. Əli Qurbani? Bəli, artıq ikinci oyundu ən yaxşı tərəfini göstərir. Ancaq futbolçu bu qədər sürətlə göylərə qaldırmağın tərəfdarı deyiləm. Bir oyunçunun nə qədər yaxşı olduğunu dəqiq qiymətləndirmək üçün vaxt lazımdı".
 

 

"Zirə" - "Sabah" - 0:2

"Oyun son dərəcə şən alındı. Bəli, hər iki komanda müdafiədə kobud səhvlərə yol verdi, ancaq hücumda səliqəli və yaradıcı davranırdı. Fasiləyədək qonaqlar daha üstün idilər ,ancaq ikinci hissədə Rəşad Sadıqovun komandası təşəbbüsü ələ aldı. Fikrimcə, Saşa Stamenkoviçin qurtarışları dönüş nöqtəsi oldu. O, iki dəfə təkbətəkdə işinin öhdəsindən gələrək, matçın qəhrəmanı oldu. Fasilədən sonra "Sabah" əks-hücumlarda hərəkət etdi və meydandan sahiblərindən fərqli şanslarından istifadə etməyi bacardı. Visente Qomesin komandasının fərdi ustalığı həlledici rol oynadı".

 

 

"Qarabağ" - "Neftçi" - 1:2

"Paradoksal səslənə bilər, ancaq qonaqların qələbəsi gözlənilməz olmadı. Məsələ burasındadır ki, hər iki komanda bu duel ərəfəsində avrokuboklarda məğlubiyyətlə üzləşdi. Ancaq meydan sahiblərdən fərqli olaraq, "Neftçi" psixoloji cəhətdən buna hazır idi. Axı, bakılılar "Qalatasaray"a qarşı oynamışdılar! Ancaq "Qarabağ" haqsız məğlubiyət aldı. Ağdam komandasının "Mölde" ilə görüşdə üstün tərəf olduğunu hamımız gördük. Bu qələbə təmsilçimizə ən nüfuzli klub turnirində mübarizəni davam etdirməyə imkan verəcəkdi. Əlbəttə ki, Çempionlar Liqasından ayrılmaq komandanın psixoloji durumuna mənfi təsir etdi. Rəhbərlik və məşqçilər heyəti komandanı bu cür "vakuumdan" çıxarmaq üçün nə qədər çalışsalar da, bunu qısa müddətdə etmək mümkün deyil. Bundan əlavə, "köhlən atlar" norveçlilərə qarşı 120 dəqiqə oynadı. Və sonra yorucu bir uçuş oldu. Bəli, həlledici bir nüans da var. Meydan sahibləri erkən qol vurdu və Füzuli Məmmədovun komandası dərhal buna cavab verməsəydi, böyük ehtimalla “Qarabağ” "qanadlarını açıb" qalib gələcəkdi. Ancaq "neftçilər"in cavabı yalnız iki dəqiqə sonra gəldi. Əvvəlki matçlardan fərqli olaraq, bu dəfə Qurban Qurbanovun komandası çox qol şansı yaratmadı. Fikrim budur ki, "Neftçi" psixoloji üstünlükdən yararlandı, axı, komanda Trükiyə nəhəngi ilə görüşdə məğlub olsa da, oyun zamanı hesabı bərabərləşdirdi. Bu, onlara inam qazandırdı. Qonaqların qələbəsini layiq hesab edirəm!"
 

 

football24
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB