TOP 10

"Keşlə"nin sabiq legioneri: “Azərbaycan klubları ilə danışıq aparıram”

Futbol
Tarix: 2020-09-23 09:16

“Keşlə”nin sabiq legioneri Andre Klennon yenidən Azərbaycanda çıxış edə bilər. Sport24.az xəbər verir ki, bunu yamaykalı hücumçu özü açıqlayıb.

 

Hazırda Vətənində “Humble Lions” klubunun formasını geyinən 31 yaşlı hüumçu komandanı tərk etmək və növbəti dəfə legioner həyatı yaşamaq arzusunda olduğunu vurğulayıb: "Koronavirus pandemiyası danışıqları ləngitdi. Planım xaricə yollanmaq və yenidən ən yüksək səviyyədə oynamağa başlamaqdır. Xüsusən Türkiyə, İran və Azərbaycana baxıram. Bu səbəbdən indiyədək hədəflədiyim ölkələr bunlardır. Agentim bu ölkələrin bir neçə klubu ilə danışıqları davam etdirir”.

 

Yamayka millisinin üzvü “Humble Lions”da qalmayacağını, ölkə xaricində bir klubla mütləq anlaşacağını bildirib: “COVID-19 pandemiyası səbəbindən bir çox klublar büdcələrinə əsasən hərəkət edirlər. Ancaq legioner həyatı yaşamaq daən böyük arzumdur. Dayanmadan məşq edirəm ki, hansısa klubla müqavilə bağlasam, ora tam hazır vəziyyətdə gedim”.

 

Qeyd edək ki, 2018-ci ilin yanvarında “Keşlə”yə keçən Andre Klennon il yarım Bakı klubunun heyətində çıxış edib.​​​​​​

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB