TOP 10

PSJ-nin prezidenti 28 aylıq həbs oluna bilər

Dünya Futbolu
Tarix: 2020-09-23 11:45

İsveçrə prokurorluğu “BeIN Media Group” şirkətinin və Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifiyə 28 aylıq həbs cəzası verilməsini tələb edib. Sport24.az xəbər verir ki, bu barədə Fransanın “L`Equipe” nəşri məlumat yayıb.
 

Əl-Xəlaifi korrupsiyada ittiham edilir. Bu üzdən də İsveçrə prokurorluğunda ona qarşı 2017-ci ildə cinayət işi açılıb. Qətərli iş adamının FİFA-nın keçmiş baş katibi Jerom Valkeyə rüşvət verdiyi iddia olunur. Məsələ burasındadır ki, Əl-Xelaifinin rəhbərlik etdiyi “BeIN Media Group” şirkəti DÇ-2018-in, eləcə də 2022 və 2026-cı illərdə keçiriləcək növbəti dünya çempionatlarının yayım hüququnu əldə etmək üçün məhz Valke ilə rüşvət müqabilində sövdələşib.


Jerom Valke DÇ-2014-ün bilet satışı zamanı fırıldağa yol verməkdə şübhəli bilindiyi üçün 2016-cı ildə FİFA-nın baş katibi postundan uzaqlaşdırılıb. İsveçrə prokurorluğu Valkenin də 3 illik həbsini tələb edib.

football24
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB