TOP 10

Super Liqa klubunda 3 yeni futbolçu

Dünya Futbolu
Tarix: 2020-09-23 09:00

Türkiyənin “Konsyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi Artyom Kravets, Oğuz Kagan Güçtekin və Erten Ersu ilə müqavilə bağlayıb.
 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Oğuz Kağan Güçtekin yeni klubu ilə bir, Erten Ersu və Artyom Kravets isə iki illik müqaviləyə imza atıb.


Oğuz “Fənərbaxça”dan bir illik icarəyə götürülüb. İstanbul klubunun yetirməsi olan yarımmüdafiəçi, geridə qalan mövsümdə də “Rizəspor”da icarədə oynayıb.


Erten də “Fənərbaxça”dan transfer olunub. 26 yaşlı qolkiper 2016/17 mövsümündə “Qaziantepspor”da icarə əsasında forma geyinib. O, İstanbul təmsilçisində forma şansı qazanmırdı.


Artyom Kravets də Kiyev “Dinamo”sundan transfer olunub. 31 yaşlı hücumçu 2018-ci ildən formasını geyindiyi “Kayserispor”dan bu yay ayrılaraq “Dinamo”ya qayıtsa da, “Konyaspor”dan aldığı təkliflə əlaqədar Kiyev klubundan ayrılmağa qərar verib. Ukrayna yığmasında da oynamış futbolçu vaxtilə Kiyev “Arsenal”ı, “Ştutqart” və “Qranada” kimi kollektivlərin də uğurları üçün çalışıb.

football24
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB