TOP 10

“Qəbələ”də 12 illik fəaliyyətini başa vurdu - VİDEO

Futbol
Tarix: 2020-09-22 17:20

“Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı “qırmızı-qaralar”dan ayrılıb. Sport24.az xəbər verir ki, 2008-ci ilin dekabrından bu vəzifəni tutan, müxtəlif illərdə akademiyanın direktoru əvəzi kimi çalışan türk mütəxəssisin klubdakı 12 illik fəaliyyəti başa çatıb.
 

Mütəxəssis akademiyanın strukturunun qurulması, aşağı yaş qrupları üzrə komandaların formalaşması, məşqçilər korpusunun təşkilində əvəzsiz xidmətlərə malikdir. Seleksiya prosesinə rəhbərlik edən Fıçıcı bu müddətdə futbolçu və məşqçilərin yetişməsində vacib rol oynayıb. Onun “Qəbələ”də çalışdığı vaxtda onlarla futbolçu Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığmalarına cəlb olunub. Bir sıra yerli gənc məşqçi bu müddətdə türkiyəli mütəxəssisin seminarlarından yararlanıb, onun təcrübəsindən faydalanıb. Azərbaycan yığmalarının məşqçiləri sırasında da akademiyanın çalışdırıcıları yer alıb. “Qəbələ” akademiyasının bütün komandaları bu müddətdə iştirak etdiyi yarışlara Fıçıcının rəhbərliyi altında yollanıb. Akademiyanın komandaları daxili arenada bir sıra nailiyyətlər əldə edib. U-19 5 dəfə ölkə çempionu tituluna yiyələnib. Bu il 4-cü dəfə UEFA Gənclər Liqasının iştirak edəcək komanda yarışda mərhələ keçən ilk Azərbaycan təmsilçisi olub. 


"Qəbələ" İdman Klubu Halim Fıçıcıya futbol akademiyasının inkişafında göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.


football24
24 Oktyabr 2020
23 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB