TOP 10

"Qarabağ"ın potensial rəqibi baş məşqçini Avropa Liqasına görə dəyişib – klub prezidenti açıqladı

Futbol
Tarix: 2020-09-22 15:28

“Vukoviç bu komandanı çempion edən mütəxəssisdir və çətin anlarda ona etibar edə biləcəyimizi anladıq. Ancaq “Legiya”nın Avropa Liqasında uğurlu çıxış etməsi üçün baş məşqçi dəyişikliyi qaçılmaz idi". Sport24.az xəbər verir ki, bunu “Legiya”nın prezidenti Dariuş Mioduski baş məşqçi dəyişikliyinə münasibət bildirərkən deyib.

 

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi Aleksandr Vukoviçlə yollarını ayıraraq baş məşqçi postuna Çeslav Mixneviçi gətirib. Klub rəhbəri bu dəyişikliyi avrokuboka görə etdiklərini söyləyib: "Yeni baş məşqçinin komandanın daha sürətli inkişafına təkan verəcəyini düşünürük. Avropa Liqasında qrupa düşmək yolunda həlledici matçlarda bizə çox köməyi dəyəcək”.

 

Qeyd edək ki, “Legiya” Avropa Liqasının III təsnifat mərhələsində “Drita” (Kosovo) ilə qarşılaşacaq. Sentyabrın 24-dəki matçda qalib gələn komanda pley-offda “Qarabağ”a rəqib olacaq.

  •  
football24
24 Oktyabr 2020
23 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB