TOP 10

"Onun Azərbaycan variantı məni təəccübləndirdi" - "Səbail"in yeni transferi haqda

Futbol
Tarix: 2020-09-22 10:20

“Azərbaycan variantı məni təəccübləndirdi, orada futbolla bağlı heç nə bilmirik. Azərbaycandan heç bir futbolçunu tanımıram, bu, məni təəccübləndirdi". Sport24.az xəbər verir ki, bunu Qvatemala millisinin qapıçısı Rikardo Xerez həmyerlisi Nikolas Hagenin “Səbail”ə transferini dəyərləndirərkən deyib.

 

Kolumbiyada “Alianza Petrolera” klubunun formasını geyinən 34 yaşlı qolkiper Azərbaycan futbolu barədə məlumatsız olduqlarını, yığmadakı rəqibinin daha yaxşı kluba keçidini gözlədiyini söyləyib:  “Legioner həyatı Hageni böyüməyə məcbur edəcək. Onun futbolun daha vacib olduğu yerə gedəcəyinə ümid edirdim. Ölkə xaricində ilk təcrübə zamanı imic də lazımdır”.

 

Xerezin fikrincə, Hagen ölkəmizdə yeni təcrübə toplayacaq: “Xaricə yollanan hər oyunçumuza uğurlar arzulayıram. Başqa ölkəyə yollanmaq insanın dünyagörüşünü artırır. Niko da tək yaşamağı, yeni dil, mədəniyyət öyrənir. Ümid edirəm ki, yaxşı işlər görəcək. İnanmaq istəyirəm ki, onu böyüdəcək, potensialından tam şəkildə istifadə edəcək insanların olduğu komandaya yollanıb. Nikonun çox xəyalları var və o, bunları reallaşdıracaq gücə də malikdir”.

 

Qeyd edək ki, Hagen “Səbail”ə Qvatemalanın “Munisipial” klubundan keçib.​​​​​​

football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB