TOP 10

Premyer Liqanın BİLİCİsi: Lider mövqeyində qaldı, izləyiciləri xeyli artdı

Futbol
Tarix: 2020-09-22 11:00

"Türk Hava Yolları"nın dəstəyi ilə keçirilən,​ Sport24.az və Football24.az-ın​ birgə layihəsi olan​ Azərbaycan Premyer Liqasının BİLİCİSİnin III​ turu başa çatdı. 11 fərqli medianı təmsil edən 11 idman jurnalistinin iştirak etdiyi 28 turdan ibarət yarışmada vahid lider yenə mövqeyini qorudu.

Bu, Sport24.az saytını təmsil edən Mehman Süleymanovdu. Ancaq o, bu dəfə 4 oyundan cəmi 1-ni düz tapıb. Bu, "Sumqayıt" - "Səbail" görüşündə meydan sahiblərinin qələbəsi idi. Halbuki, Süleymanov ilk turda yüzfaizli nəticə göstərmişdisə, sonrakında 4 oyundan 3-də proqnozu​ doğru​ çıxmışdı.​

Ancaq bu 1 xal da ona ən çox xala malik iştirakçı​ kimi 1-ci pillədə qalmağa bəs edib. Sadəcə, liderin ən yaxın izləyiciləri xeyli artıb.

Bu turda ən çox xal toplayan isə turnir cədvəlinin alt sıralarında qərarlaşmış Elşən Məmmədov olub. Belə ki, "Report"lu 4 matçdan 3-nü düz taparaq yalnız "Qarabağ" - "Neftçi" derbisində​ (meydan sahiblərinin qələbəsini proqnozlaşdırıb) yanılıb. Və bu 3 xal Məmmədova​ liderin​ ən yaxın izləyiciləri sırasında​ olmağa​ imkan verib.​

Üçüncü tur üçün iştirakçıların proqnozlarına baxa bilərsiniz: http://sport24.az/news/44539

3 turdan sonra​ turnir cədvəli:

1. Mehman Süleymanov (8), 2-7. Mirbağır Cəfərli, Ruslan Sadıqov, Kənan Həsənov, Faiq Tahirov, Elmir Əliyev, Elşən Məmmədov​ (hamısı - 7), 8-9. Ceyhun Əliyev, Şəmsəddin Abbasov (hər ikisi - 6), 10. İbrahim Cəfərov (5), 11. Şahin Cəfərov (4).

Qeyd edək ki, turnirin qalibi "Türk Hava Yolları"ndan Bakı-İstanbul-Bakı reysinə​ pulsuz bilet qazanacaq.
 

 

football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB