TOP 10

“Krasnodar” evdə, “Zalsburq” səfərdə əzmkar qələbəyə sevindi

Futbol
Tarix: 2020-09-23 01:00

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, bu mərhələnin qalibləri iki oyunun nəticəsinə görə müəyyən olunacaq. Pley-off mərhələsinin cavab oyunları sentyabrın 29 və 30-da keçiriləcək.

 

İlk oyun günündə 3 qarşılaşma keçirilib. Rusiyanın “Krasnodar” klubu 3-cü təsnifat mərhələsində “Benfika”nı mübarizədən kənarlaşdıran PAOK-la üz-üzə gəlib. İsrail “Makkabi”si isə “Zalsburq”la üz-üzə gəlib. Bu oyunlarda Rusiya təmsilçisi evdə, Avstriya klubu isə səfərdə əzmkar qələbəyə sevinib. Çexiya “Slaviya”sı ilə Danimarka “Midtyulland”ı arasındakı ilk qarşılaşmada isə qapılara qol vurulmayıb.

 

Pley-off mərhələsinin digər görüşləri sabah keçiriləcək.

 

UEFA Çempionlar Liqası
Pley-offun ilk oyunları

22 sentyabr

 

Krasnodar (Rusiya) – PAOK (Yunanıstan) 2:1
Qol
: Klaesson, 39-pen. Kabelya, 70 – Pelkas, 32.


Makkabi (Təl-Əviv, İsrail) – Zalsburq (Avstriya) 1:2
Qol
: Biton, 9 – Soboslai, 49-pen. Okuqava, 57.


Slaviya (Praqa, Çexiya) – Midtyulland (Danimarka) 0:0

 

23 sentyabr

 

23:00 Gent (Belçika) – Dinamo (Kiyev, Ukrayna)
23:00 Molde (Norveç) – Ferentsvaroş (Macarıstan)
23:00 Olimpiakos (Yunanıstan) – Omoniya (Kipr)

football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB