TOP 10

"Qarabağ" üçün gözlənilən rəqibdə baş məşqçi dəyişikliyi

Futbol
Tarix: 2020-09-22 09:24

"Legiya" uğursuz nəticələrə görə baş məşqçisi Aleksandar Vukoviçi istefaya göndərib. Sport24.az xəbər verir ki,Varşava klubunun rəhbərliyi liqanın VI turunda evdə "Qurnik"ə məğlubiyyətdən sonra bu qərarı verib.

 

Komandanın Çempionlar Liqasında "Omoniya"ya uduzması və çempionata uğursuz başlaması 41 yaşlı bosniyalı mütəxəssisin göndərilməsi səbəb olub.

 

Polşa təmsilçisi yeni baş məşqçisini də açıqlayıb. Komandanı bundan sonra Çeslav Mixneviç çalışdıracaq. Polşalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. 50 yaşlı çalışdırıcı Vətənində "Lex", "Yagelloniya", "Polonya", "Poqon" kimi klublar çalışdırıb. Mixneviç 2017-ci ildən Polşanın U-21 millisinə rəhbərlik edirdi.

 

Xatırladaq ki, "Qarabağ” oktyabrın 1-də Avropa Liqasının pley-off mərhələsində “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq. Varşava klubunun snetyabrın 24-də keçiriləcək bu görüşdə qələəb şansları daha çox qiymətləndirilir. 

 

football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB