TOP 10

Portuqaliya millisinin sabiq üzvü 11 əvvəl ayrıldığı kluba döndü

Dünya Futbolu
Tarix: 2020-09-22 10:03

Bu yay Türkiyənin “Göztəpə” klubundan ayrılaraq azad agent statusu alan Portuqaliya yığmasının sabiq qapıçısı Betonun yeni iş yeri müəyyənləşib. Sport24.az xəbər verir ki, 38 yaşlı qolkiper 11 illik fasilədən sonra sabiq klubu “Leyksoeş”ə qayıdıb.
 

Bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb. Təcrübəli futbolçu köhnə-yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

  
Qeyd edək ki, Beto 2006-2009-cu illər aralığında məhz “Leyksoeş”in uğurları üçün çalışıb. O, son üç mövsümdə “Göztəpə”nin formasını geyinirdi. “Sportinq”in yetirməsi olan qolkiper kayrerası ərzində “Kasa Pia”, “Çaves”, “Marko”, “Portu”, ÇFR, “Braqa” və “Sevilya”da da çıxış edib.

football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB