TOP 10

Turun "Ən"ləri-3: "Qoca" min cavana dəyəndə...

Futbol
Tarix: 2020-09-21 20:00

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümü start götürdü. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək​ bu dəfə yeni çempionatın III turunu​ dəyərləndirir.​

 

"Simvolik yığma"

 

Qapıçı: Saşa Stamenkoviç ("Sabah")

 

Müdafiəçilər: Azər Salahlı ("Keşlə", 2) - Vojislav Stankoviç ("Neftçi") - Yurgen Qokha ("Qəbələ") - Süleyman Əhmədov ("Sumqayıt")

 

Yarımmüdafiəçilər: Namiq Ələsgərov ("Neftçi", 2) - Coşqun Diniyev ("Sabah", 2) - Rəhim Sadıxov ("Sumqayıt") - Yusuf Laval ("Neftçi")

 

Hücumçular: Əli Qurbani ("Sumqayıt", 2) - Xulio Sezar Rodriges ("Sabah")

 

 

Turun BAŞ MƏŞQÇİsi - Visente Qomes ("Sabah")

Son turda ən inamlı qələbə qazanan da "Sabah" oldu, turnir cədvəlində 1-ci pillənin yeni sahibi də. Bunda isə təbii ki, komandanın yeni baş məşqçisi Visente Qomesin böyük rolu var. "Sabah"dan xeyli vaxtdı gözlənilən inamlı çıxış nəhayət, bu ispaniyalı mütəxəssislə gerçəkləşir. Qomes bu turadək uduzmayan Rəşad Sadıqovlu "Zirə" üzərində inamlı qələbə qazandı. Əvvəla, Qomes rəqibini çox yaxşı analiz edərək onu oyun, taktiki planda üstələdi. Qomesin sol cinah müdafiəçisi Slavik Alxasovu cəza üzündən itirdiyi bir vaxtda onun mövqeyində Təmkin Xəlilzadəni oynadacağı gözlənildiyi bir vaxtda, millimizin üzvünü ümumiyyətlə, start heyətindən kənarda qoydu. Qomes bununla göstərdi ki, futbolçunun adı yox, matça bir həftəlik hazırlıq prosesində hansı vəziyyətdə olması onun üçün daha önəmlidi. İspan çalışdırıcının ilk dəqiqələrdən şans verdiyi Məhəmməd Mirzəbəyov müdafiənin, Ozan Can Kökçü isə yarımmüdafiənin sol cinahında etimadı doğrultdu desək, yanılmarıq. Qomesin əvəzləmələri də uğurlu oldu ki, meydana buraxdığı fransalı hücumçu Kevin Kubemba ağır zədədən, ilyarımlıq fasilədən sonra ilk qolunu vurdu.

 

 

Turun QƏHRƏMANı - Saşa Stamenkoviç ("Sabah") 

Yaxşı deyiblər ki, yaxşı qapıçı komandanın yarısıdı. Bu planda "Sabah" fərqləndi, "Qarabağ" isə əksinə, əziyyət çəkdi. Əvvəlcə qəhrəman haqda. Saşa Stamenkoviç komandasının "Zirə" üzərində səfər qələbəsində əsas səbəbkar oldu desək, yanılmarıq. Meydan sahiblərinin əcnəbi hücumçuları - Davit Volkovla Klesio Baukun təkbətək qaldığı zamanı yüzfaizli qola imkan verməyən serbiyalı qolkiper digər epizodlarda da inamlı çıxış etdi. Özü də 36 yaşı 4 ay sonra tamam olacaq Saşa çempionatımızın nəinki ən yaşlı qapıçısı, ümumiyyətlə, oyunçusudu. 

 

 

Turun ANTİQƏHRƏMANı - Emil Balayev ("Qarabağ")

"Qarabağ"da milimziin iki qapıçısı var və baş məqşçi Qurban Qurbanov yay transferi Emil Balyevi hələ ki Premyer Liqada, özü də "Azərsun Arena"dakı matçlarda oynadır. Emil millimizdə nə qədər uğurlu çıxış etsə də, "Neftçi"ylə derbidə komandasını pis vəziyyətdə qoydu. "Qarabağ" erkən qolla hesabı açsa da, bundan cəmi 2 dəqiqə sonra Emil kobud səhviylə yadda qaldı. Belə ki, Balayev rəqibin müdafiəçisi Vojislav Stankoviçin künc zərbəsindən sonra topu əlində saxlaya bilmədi. "Neftçi"nin 2-ci qolunda Emil Namiq Ələsgərovla təktəbək qalan zamanı da uğursuz çıxış etdi.

 

 

Turun KOMANDAsı - "Neftçi"

"Neftçi" turun mərkəzi matçından qalib ayrıldı. Özü də "Qarabağ"ı səfərdə əzmkar qələbəylə yenərək. Bunadək Füzuli Məmmədovun komandası "Qalatasaray"la Avroliqa matçını da nəzərə alsaq, ardıcıl 2 ev məğlubiyyəti almışdı. Qarşıdakı rəqib də son 7 ilin dəyişməz çempionu "Qarabağ" idi. "Neftçi" matçda erkən qol buraxsa belə, "sınmadı" və tezliklə hesabı bərabərləşdirdi, ikinci hissədə isə əks-hücumlar zamanı şansından istifadə etdi. "Neftçi" belə dönüş yaratmaqla tura damğasını vurdu. 

 

 

Turun SENSASİYAsı - "Qarabağ" - "Neftçi" - 1:2

Turun ən gözlənilməz nəticəsi "Azərsun Arena"da qeydə alındı. Hər halda, son vaxtlar uğursuzluğa düçar olan "Neftç"nin "Qarabağ"ı, özü də onun meydanında yenəcəyi real görünmürdü. Statistika da bunu deməyə əsas verirdi. Belə ki, "Neftçi" 5 oyundur rəqibinə qalib gələ bilmirdi. Ancaq Füzui Məmmədovun komandası uzun müddətdir məğlubiyyət nə olduğu bilməyən güclü rəqibi üzərində sensasion qələbə qazandı.

 

 

Turun HAKİMi - Əliyar Ağayev ("Qarabağ" - "Neftçi" - 1:2)

Turun mərkəzi matçının FİFA referisinin idarə edəcəyi şübhə doğurmurdu. Təyinat ən yaxşı hakimimiz sayılan Əliyar Ağayev üzərində oldu. Ağayev işinin öhdəsindən layiqincə gəldi. Oyunda ilk və son qol zamanı mübahisəli olsa da, hər halda, Ağayev və onun briqadasının qərarların doğru olduğunu söyləyə bilərik. Bir sözlə, Əliyar nəticəyə təsir edən səhvə yol vermədi. 

 

 

Turun SİTATı - Qurban Qurbanov ("Qarabağ")

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfranslarında fikrinin turun sitatı kimi seçilməsi çox nadir hallarda olsa da, bu dəfə fərqlənməsi reallaşdı. Belə ki, təcrübəli mütəxəssis hücumçu transferiylə bağlı suala cavabda bir ifadəsi diqqət çəkib: "Bəzən düşünürlər ki, Qurban Qurbanov prinsipə düşüb deyə hücumçu almır".

football24
24 Oktyabr 2020
23 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB