TOP 10

Birinci Divizionun başlama tarixi açıqlandı - 10 iştirakçı ilə!

Futbol
Tarix: 2020-09-21 12:00

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2020/21 mövsümünün start tarixi müəyyənləşib. Sport24.az xəbər verir ki, yarış 1 oktyabrda başlayacaq.


3 dövrə keçiriləcək turnirdə iştirak edəcək komandalar aşağıdakılardır:


“Turan Tovuz”
“Zaqatala”
“Sabah-2”
“Neftçi-2”
“Kəpəz”
“Keşlə-2”
“Sumqayıt-2”
“Qarabağ-2”
 MOİK
“Qaradağ Lökbatan”

 

Üç klub - "Qəbələ", "Zirə" və "Səbail" isə aşağı liqada çıxış etməkdən imtina ediblər. Sadəcə, paytaxt təmsilçiləri ilə müqayisədə, əyalət komandası ardıcıl ikinci mövsüm aşağı liqada mübarizəyə qatılmayacaq. 

 

Göründüyü kimi, "Neftçi", "Qarabağ", "Sabah", "Sumqayıt" və "Keşlə" isə I Divizionda təmsil olunmağa razılıq verib. Daha 5 klub - "Turan Tovuz", "Zaqatala", "Kəpəz", MOİK və "Qaradağ Lökbatan" xeyli vaxtdı I Divizionda çıxış edirlər.

 

Qeyd edək ki, ötən mövsüm I Divizion 13 komanda ilə başlasa da, sonradan "Ağsu" mübarizədən çəkilib. 


Yarışın püşkatma mərasimi 24 oktyabr saat 15:00-da AFFA-nın inzibati binasında keçiriləcək və Peşəkar Futbol Liqasının rəsmi “Youtube” kanalı ilə canlı yayımlanacaq. Azərbaycan respublikasında davam edən karantin rejimi ilə əlaqədar olaraq klub və KİV nümayəndələri püşkatmada iştirak etməyəcək.

football24
29 Oktyabr 2020
28 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB