TOP 10

Ronaldodan yeni rekord

Dünya Futbolu
Tarix: 2020-09-21 11:36

“Yuventus”un hücumçusu Kristiano Ronaldo İtaliya A Seriyasının ilk turunda növbəti statistik nailiyyətə imza atıb. Sport24.az xəbər verir ki, 35 yaşlı hücumçu "Sampdoriya" ilə görüşdə "çərçivə"yə 10 dəqiq zərbə vurmağı bacarıb. Bu isə Avropanın top-5 liqasında bütün oyunçular arasında ən yaxşı göstərici hesab olunur.


Portuqal forvard 3:0 hesabı ilə qalib gəldikləri matçda qol və məhsuldar ötürmə ilə də yadda qalıb. Ronaldo bu qolla öz məhsuldar seriyasını uzadıb.


Digər tərəfdən, təcrübəli hücumçu klub səviyyəsində ardıcıl 19-cu mövsümdə qol vurub. Bunadək Ronaldo Portuqaliya "Sportinq"i, İngiltərə "Mançester Yunayted"i və İspaniya "Real”ında fərqlənib. 


Qeyd edək ki, Ronaldo 2018-ci ildən "Yuventus"da çıxış edir. O, bu komandada iki dəfə İtaliya çempionatının, bir dəfə isə ölkə Super Kubokunun qalibi olub.

football24
29 Oktyabr 2020
28 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB