TOP 10

İsrafilovlu “Albasete” yenə məğlub oldu

Dünya Futbolu
Tarix: 2020-09-21 10:03

Futbol üzrə İspaniya 2-ci liqasında 2-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv doğma meydanda “Ponferradina” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.


İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.


İki turdan sonra hesabında xal olmayan “Albasete”  22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

football24
29 Oktyabr 2020
28 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB