TOP 10

“Qarabağ”dan daha istəkli idik” - Voyislav Stankoviç

Yerli Futbol
Tarix: 2020-09-21 09:01

“Neftçi”nin müdafiəçisi Voyislav Stankoviç Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində qarşılaşdıqları "Qarabağ”la oyundan (2:1) sonra klubun rəsmi saytına açıqlama verib. Sport24.az xəbər verir ki, rəqib qapısına vurulan ilk qolun müəllifi sevincini gizlətməyib:


"Vaxt azlığına baxmayaraq, bu oyuna yaxşı hazırlaşmışdıq. Təbii ki, "Qalatasaray”la matçdan sonra psixoloji tərəfdən özümüzü toparlamaq ən vacib məsələ idi. Şadam ki, həm bunu bacarıb qələbə qazandıq, həm də qol vurdum. Mənə elə gəlir ki, biz "Qarabağ”dan daha istəkli idik, qələbəni daha çox istəyirdik. Ümid edirəm, bu qələbədən sonra qarşıdakı matçlarda daha gözəl oyun nümayiş etdirib vəziyyətimizi daha da yaxşılaşdıracağıq”.

football24
29 Oktyabr 2020
28 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB