TOP 10

Zirədə ajiotaj: De Byazi, Sadıqov, Musayev...

Futbol
Tarix: 2020-09-20 18:10

Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi Premyer Liqanın III turunun oyununu izləmək üçün Zirəyə gəlib. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis qapıçlarla işləyən köməkçisi Dmitri Kramarenkoyla birgə matçı tribunadan seyr edir. 

 

U-21 yığmamızın serbiyalı baş məşqçisi Milan Obradoviçin köməkçiləri olan həmyerliləri Vladimir Kozulla Draqoslav Poleksiç də oyunu arenadan izləyir.

 

Görüşü Zirə Olimpiya Kompleksinin stadionundan seyr edənlər arasında AFFA vitse-prezidenti, Məşqçilər Komitəsinin üzvü Vaqif Sadıqov, bu qurumun üzvləri Şakir Qəribovla Şahin Diniyev və PFL prezidenti Ramin Musayev də var. 

 

Xatırladaq ki, bu gün tura mərkəzi qarşılaşma - "Qarabağ" - "Neftçi" derbisiylə yekun vurulacaq. 

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB