TOP 10

İsrail millisinin üzvü PSV-də!

Dünya Futbolu
Tarix: 2020-09-20 19:00

Futbol üzrə İsrail milli komandasının hücumçusu Eran Zahavinin yeni iş yeri məlum olub. Sport24.az xəbər verir ki, 33 yaşlı futbolçu Niderlandın PSV klubuna transfer olunub.
 

Bu barədə Eyndhoven təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Azad agent olan Zahavi ilə 2 illik sözləşmə imzalanıb.


Zahavi son olaraq Çinin “Quançjou Fuli” klubunda forma geyinirdi.


Hücumçu İsrail yığmasında 53 oyunda 20 qol vurub.

football24
23 Oktyabr 2020
22 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB