TOP 10

Yeni transferi “Neftçi”ni seçmə səbəbini açıqladı

Futbol
Tarix: 2020-09-20 16:30

“Neftçi”nin “Başakşəhər”dən heyətinə qatdığı Mert Çelik klubun televiziyasına açıqlama verib. Sport24.az xəbər verir ki, 20 yaşlı müdafiəçi Bakı klubunu seçməsinin səbəbini də deyib:
 

“Türkiyənin yeni çempionundan Azıərbaycanın köklü klublarından olan “Neftçi”yə gəldiyim üçün çox xoşbəxtəm. “Neftçi” Türkiyədə və dünyada tanınan bir komandadır. Burada olmaqdan çox məmnunam.


“Neftçi” ilə çempionluq yaşamaq istəyirəm, ilk məqsədim budur. İnşallah, azarkeşlərimizlə və komandamızla bu mövsüm çempion olub, növbəti ildə Çempionlar Liqasında iştirak etmək istəyirik.


Məni klub prezidenti, idman direktoru və baş məşqçi çox yaxşı qarşıladı. Mən də onları məmnun etmək üçün meydanda ən yaxşısını etməyə çalışacam, buna şübhə etməsinlər.


“Neftçi” Azərbaycanın ən köklü klublarındadır. Bu klub gənclərə diqqət göstərir, onlara kömək edir. “Neftçi”ni seçmək səbəblərimdən ən əsası bu klubun gənclərə olan qayğısıdır. Burada olduğum üçün həqiqətən çox xoşbəxtəm”.


“Neftçi” Çeliklə 2 illik icarə müqaviləsi imzalayıb.

football24
26 Oktyabr 2020
25 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB