TOP 10

Avtobus çaya düşdü, 8 futbolçu öldü

Dünya Futbolu
Tarix: 2020-09-20 17:35

Qanada avtobus qəzası nəticəsində 8 futbolçu ölüb. Sport24.az xəbər verir ki, hadisə Aşanti bölgəsində, sentyabrın 18-də baş verib.


“Afrikan Vizion” klubunun gənc futbolçularını daşıyan avtobus sürücünün idarəetməni itirməsi nəticəsində çaya düşüb. Altı futbolçu hadisə yerindəcə ölüb, 2-si isə xəstəxanada keçinib. Daha 4 futbolçunun da vəziyyəti ağırdır.


Hadisə 12-15 yaş aralığında olan futbolçuların gənclər liqasında oynamaq üçün qeydiyyatdan keçməyə getdikləri zaman baş verib.

football24
23 Oktyabr 2020
22 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB