TOP 10

Cengiz Ünder rəsmən Premyer Liqa klubunda

Dünya Futbolu
Tarix: 2020-09-20 14:33

İngiltərənin “Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Roma”nın və Türkiyə yığmasının yarımmüdafiəçisi Cengiz Ünderi heyətinə qatıb.


Bu barədə “tülkülər”in mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu 2020/21 mövsümünü icarə əsasında “Lester Siti”də keçirəcək.


Premyer Liqa klubu Cengizin icarəsi üçün “Roma”ya 3 milyon avro ödəyib. “Lester” mövsümün sonunda türk futbolçunun transfer hüquqlarını 25 milyon avroya ala bilər. Yarımmüdafiəçi yeni klubunda 3,5 milyon avro qazanacaq.


Cengiz 2017-ci ildə “Başakşəhər”dən “Roma”ya transfer olunmuşdu. O, 2016-cı ildən Türkiyə millisinə də dəvət alır.


Yeri gəlmişkən, “Lester Siti”də daha bir türk futbolçu – Çağlar Söyüncü də çıxış edir. Hansı ki, Cengizlə Çağlar “Altınordu”da da komanda yoldaşı olublar. Bundan sonra isə onlar həm “Lester Siti”də, həm də Türkiyə yığmasında çiyin-çiyinə forma geyinəcəklər.

football24
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB