TOP 10

“Fənərbaxça”dan daha bir transfer - RƏSMİ

Dünya Futbolu
Tarix: 2020-09-20 10:34

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, İstanbul klubu “Antalyaspor”un sağ cinah müdafiəçisi Nazim Sanqareni transfer edib.


Bu barədə “Fənərbaxça”nın mətbuat xidməti məlumat yayıb. Xəbərdə 26 yaşlı futbolçunun özü və klubu ilə bütün məsələlərdə razılığa gəlindiyi diqqətə çatdırılıb. Sanqare qısa zamanda tibbi müayinədən keçəcək və İstanbul təmsilçisi ilə müqaviləyə imza atacaq.


Qeyd edək ki, Almaniyada anadan olan, lakin 2017-ci ildən formasını geyindiyi “Antalyaspor”dakı performansı ilə hətta Türkiyə millisinə də dəvət almağa başlayan futbolçunun transferi “Fənərbaxça”ya 1 milyon 750 min avroya başa gəlib. İstanbul klubu hətta öz oyunçularından da birini “Antalyaspor”a verməlidir. 


Nazim Sanqare daha öncə “Allemaniya”, “Fortuna”, “Osnabryuk” kimi klublarda da forma geyinib.

football24
29 Oktyabr 2020
28 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB