TOP 10

Qaret Beyl və Serxio Regilon rəsmən “Tottenhem”də!

Dünya Futbolu
Tarix: 2020-09-19 22:30

“Tottenhem” heyətini yeni futbolçularla gücləndirib. Sport24.az xəbər verir ki, London klubu Madrid “Real”ından Qaret Beyl və Serxio Regilonu transfer edib.


Bu barədə “Tottenhem”in rəsmi saytı məlumat yayıb. Qaret Beyl bir illik icarəyə götürülüb.  


“Sauthempton”un yetirməsi olan, peşəkar karyerasına da məhz bu klubda başlayan uelsli yarımmüdafiəçi, 2007-ci ildən 2013-ə qədər “Tottenhem”də oynayıb. Uels yığmasının lideri 2013-cü ildə məhz London klubundan 101 milyon avroluq rekord məbləğlə “Real”a transfer olunmuşdu. “Real”ın baş məşqçisi Zinədin Zidanla problemləri olan 31 yaşlı futbolçu 7 mövsümün ardından yenidən sabiq klubuna qayıtmağa qərar verib.


Serxio Regilon isə birdəfəlik transfer olunub. 23 yaşlı ispan sol cinah müdafiəçisi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. “Real”ın öz yetirməsi olan, Madrid təmsilçisində elə də çox şans qazanmayan futbolçu geridə qalan mövsüm icarə əsasında “Sevilya”da keçirib.


Qaret Beyl köhnə-yeni klubunda “9”, Regilon isə “3” nömrəli formanı geyinəcək.

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB