TOP 10

"Məqsədimiz gəncləri yetişdirərək, ölkə futboluna qazandırmaqdır" - Ayxan Abbasov

Futbol
Tarix: 2020-09-19 21:35

"Maraqlı oyun oldu. Rəqibin son 2 oyundakı performansı göz önündə idi. Biz isə sevinirik ki, ardıcıl ikinci qələbəni qazandıq. İnanırıq ki, get-gedə daha yaxşı olacaq və azarkeşlərimizi sevindirəcəyik". Sport24.az xəbər verir ki, bunu "Sumqayıt"in baş məşqçisi Ayxan Abbasov evdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, hər oyuna uduzmamaq üçün çıxırlar: "Hər dəfə komandama inandığımı deyirəm. Digər məqsədimiz gəncləri yetişdirərək, ölkə futboluna qazandırmaqdır. Heyətimizdə elə futbolçular var ki, nə zamansa şans versək, onlar oynayanlardan geri qalmayacaqlar".

Abbasov yeni tranfer Cavid İmamverdiyevin tezliklə əvvəlki formasına düşəcəyini və yenə sumqayıtlı azarkeşlər tərəfindən seviləcəyini vurğulayıb. Onun sözlərinə görə, İmamverdiyev öz üzərində işləsə, milli komandaya yüksələ bilər.

football24
27 Oktyabr 2020
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB