TOP 10

Aftandil Hacıyev məğlubiyyəti şərh etdi

Futbol
Tarix: 2020-09-19 21:34

"Baxımlı, ilk yarıda sürətli oyun oldu. Matçın çox hissəsi maraqlı keçdi. İlk yarıda buraxdığımız səhvlər nəticəyə öz təsirini göstərdi. Rəqib haqda isə yalnız xoş sözlər deyə bilərəm. Hər bir komandaya çətinlik törədən klubdur". Sport24.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.


39 yaşlı mütəxəssis bildirib ki, kifayət qədər qol epidozu yaxalayıblar. Hacıyev komandanı hələ tam komplektləşdirmədikilərini və bəzi futbolçuların hələ hazır olmadıqlarını əlavə edib. O, gənc futbolçuların gələcəkdə daha yaxşı formaya düşəcəklərinə inam ifadə edib. 


3 oyundan 3 məğlubiyyət almalarına da toxunan Hacıyev hələ çempionat öncəsi çətinliklə üzləşəcəklərini bildiklərini söyləyib: "Əlbəttə, bizi nəticə razı salmaya bilər. Amma hansı komanda ilə yola çıxdığımızın fərqində idi. "Səbail" yaşayarsa, gənclərlə təcrübəlilərin vəhdətindən komanda quracağıq. Hazırda komandanın gələcəyi üçün təhlükə yoxdur. Amma çox yüksək səviyyəli komandalarımızın dağıldığını nəzərə alaraq, bunu deyirəm". 


Hacıyevin sözlərinə görə, Hendrik Ekşteyn komandadan ayrılmasından peşman olduğunu bildirib. O, gələn həftə ərzində afrikalı legionerlər bağlı qəti qərarın veriləcəyini əlavə edib.

football24
27 Oktyabr 2020
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB