TOP 10

Baxşıyev komandasından çox razıdı: "Ona zaman lazımdı ki, heç olmasa futbolçularımızın adlarını bilsin"

Futbol
Tarix: 2020-09-19 19:21

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın III turunda "Keşlə"ylə evdə qolsuz bərabərliklə nəticələnən görüşdən sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis öncə oyun haqda fikirlərini bildirib.

 

- Maraqlı oyun alındı. Lider komandaya qarşı oynayırdıq. "Keşlə" heyətinə görə ön pillədə gedə biləcək komandadı. "Sabah"la uğursuz matçdan sonra komandamızı qələbəyə hazırlamışdıq. Buna nail olacağımıza inanırdım. Komandamdan çox razıyam. İstədiyim komandanı meydançada görürəm. Hücum planında daha məzmunlu oyun nümayiş etdirəcəyimizə inanıram.

 

- Nikolas Raysel heç nədən qırmızı vərəqə aldı, komandanı çətin vəziyyətə qoydu. Onunla bağlı ölçü götürəcəksiniz?

- Biz də bilirik ki, o, bizim üçün vacib futbolçulardan biridi. Qırmızı vərəqəni futbolun emosiya oyunu olmasıyla əlaqələndirərdim. Başqa bir şeylə yox. Yenə də onunla söhbətimiz olacaq. Ümid ediirk ki, gələcəkdə belə hal təkrarlanmayacaq.

 

- Hər hissədə fərqli "Qəbələ" gördük. Bu, fiziki hazırlıqda olan problemlə bağlıdı?

- Yox. bununla əlaqələndirməzdim. Komanda azlıqda olsa da, rəqibə heç bir mövqedə boşluq vermədi. Problem hazırlıqda deyil. İlk hsisədə dominant futbol oynamağa çalışdıq, pressinq edirdik. Bu mənada ikinci hissədə komamdanın dayanması nornaldı. Yeni transferimiz Rafael Alemao 2 gündü sıralarımıza qoşulub. Ona zaman laızmdı ki, heç olmasa komanda yoldaşlarının adlarını bilsin. Hələ uyğunlaşmayıb bizə. 

 

 

MEHMAN SÜLEYMANOV, Qəbələ

football24
27 Oktyabr 2020
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB