TOP 10

Yunis Hüseynovu nəticə razı salmayıb: "Heç vaxt arzulamamışam ki, 10 nəfərlə qalan komandaya qarşı oynayım"

Futbol
Tarix: 2020-09-19 19:12

"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın III turunda "Qəbələ"ylə qolsuz bərabərliklə nəticələnən səfər matçından sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, 55 yaşlı mütəxəssis əvvəlcə qarşılaşma haqda danışıb.

 

- Maraqlı oyun getdi. İlk hissədə komandamdan narazı qaldım. Ancaq ikinci hissədə dönüş yaratdıq. Bu gün qələbə qazanmaq istəyirdik, qol imkanlarımız da oldu. "Qəbələ" bizə qarşı çox yaxşı oynadı. Qələbə dalınca gəlmişdik, ancaq xal itirdik. Qarşıda ağır oyunlarımız var. 

 

- Say üstünlüyünə malik olsanız da, bunu qola çevirə bilmədiniz. Nə çatmadı?

- Qol imkanlarımız oldu. Heç vaxt arzulamamışam ki, 10 nəfərlə qalan komandaya qarşı oynayım. Bu zaman özümdə narahatçılıq olur. Heç bir maneçilik yox idi. Sadəcə. top qapıya girmirdi. İlk hissədə "Qəbələ"nin qol imkanları bizdən çox oldu.

 

- Con Kamaranın əvəzlənməyi nəylə bağlı idi?

- Taktiki gediş oldu. Hücumamayelli oyunçu buraxdıq. Yeni transferimizə imkan yaratdıq. Kamaraya 2 gün məşq proseslərində son 15 dəqiqdə istirahət verirdik. Çünki ayağında ağrılar var idi. Bu gün elə bir şeylə yadda qalmadı.

 

- Nədənsə bir oyunçu əvəzləməsi etdiniz...

- Ehtiyatda hamısı müdafiəçilər idi. Yalnız bir gənc hücumçu vardı. Xəzər Mahmudov özünü itirə bilərdi. Oyunumuz da pis getmirdi. Bu zaman niyə əvəzləmə edəsən?

 

- Cavid İmamverdiyev bu qısa zamanda niyə gəlmişdi, niyə getdi?

- Cavidi ilk dəfə əsas heyətdə mən oynatmışam. Bu "Karvan"da olub, əvəzedicidən gətirmişdim. Potensiallı futbolçudu, ona oynamaq lazım idi. Ancaq hələ mənə qədər zədələri oldu. Özü xahiş etdi ki, gedim. Buna pis baxmadım, yollarımızı ayırdıq. 

 

- Son 4 oyunda cəmi 1 qol.... 

- Bir hücumçu almaq fikrimiz var. Hazırda danışıqlar gedir. Alınsa, bir həftəyə gələcək. Ancaq onu da nəzərə alaq ki, qol da buraxmamışıq. Bəli, futbolun gözəlliyi qoldu. Ancaq göz dəyməsin, qol da buraxımırıq. Müdafiə xətti qapıçıdan başlayır. Qol vurmamışıqsa, bu, pisdi.

 

 

 

MEHMAN SÜLEYMANOV, Qəbələ

football24
27 Oktyabr 2020
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB