TOP 10

"Qarabağ" - "Neftçi" oyunu FIFA referisinə tapşırıldı

Futbol
Tarix: 2020-09-19 15:40

Azərbaycan Premyer Liqasının III turunda sabah keçiriləcək son iki oyuna təyinatlar açıqlanıb. Sport24.az xəbər verir ki, hər iki matç beynəlxalq dərəcəli hakimlərə tapşırılıb. 

 

Belə ki, "Zirə" - "Sabah" matçı İnqilab Məmmədova, "Qarabağ" - "Neftçi" görüşü Əliyar Ağayevə həvalə olunub. Ssdəcə, Məmmədov həmkarından fərqli çimərlik futbolu üzrə FİFA referisidi.

 

 

Azərbaycan Premyer Liqası, III tur

20 sentyabr (bazar)

18:00. “Zirə” – “Sabah”
Hakimlər: 
İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Bakı. Zirə İdman Kompleksinin stadionu
 
20:15. “Qarabağ” – “Neftçi”
Hakimlər: 
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev

Bakı. “Azərsun Arena” stadionu

 

Qeyd edək ki, turun "Qəbələ" - "Keşlə" və "Sumqayıt" - "Səbail" görüşləri bu gün keçiriləcək.

football24
27 Oktyabr 2020
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB