TOP 10

“Cenoa” “Yuventus” və “Çelsi”nin futbolçuları ilə gücləndi

Dünya Futbolu
Tarix: 2020-09-19 16:30

İtaliyanın “Cenoa” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, “Cenoa” “Çelsi”dən Davide Zappakosta və “Yuventus”dan Marko Pyatsanı icarəyə götürüb. 
 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçularla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib. Hər iki futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.


Xorvatiya yığmasının da üzvü olan Pyatsa, 2016-cı ildən “Yuventus”dadır. Öz ölkəsində “Lokomotiva” və Zaqreb “Dinamo”sunda oynamış 25 yaşlı futbolçu, Turin klubunda möhkəmlənə bilmədiyi üçün 2018-ci ildən “Şalke”, “Fiorentina” və “Anderlext” kimi komandalarda icarədə olub.


İtaliya yığmasında oynayan Zappakosta isə 2017-ci ildən “Çelsi”dədir. London klubuna gedənə qədər “İsola Liri”, “Atalanta”, “Avellino” və “Torino”da oynamış 28 yaşlı futbolçu geridə qalan mövsümü icarə əsasında “Roma”da keçirib. 

football24
27 Oktyabr 2020
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB