TOP 10

Tarixi derbi üçün 80(0), Rəşad Sadıqovlu "Zirə"nin 1-ci ev sınağında 1-ci olmaq şansı

Futbol
Tarix: 2020-09-19 11:00

Bu gün Azərbaycan Premyer Liqasında III tura start veriləcək. Sport24.az xəbər verir ki, cari mövsümdə ilk dəfə turun oyunları iki günü əhatə edəcək. Hərçənd, əvvəlki turlarda matçlar üç gün ərzində baş tutmuşdu.

 

Bugünkü matçların hər ikisi paytaxtdan kənarda keçiriləcək. Tura start veriləcək Qəbələdə yerli komanda “Keşlə”ni sınağa çəkəcək. Elmar Baxşıyevin yetirmələri cari çempionata uğursuz başlayaraq 2 turdan sonra cəmi 1 xalı var. "Qəbələ" ilk qələbəsini qazanmağa köklənibsə, "Keşlə" məğlubiyyətsiz davam etdirərək səfərdən ən azı 1 xalla dönməyə iddialıdı.

 

“Sumqayıt” isə öz meydanında “Səbail”lə görüşəcək. Qonaqlar hələ ki xalı olmayan yeganə komanda olaraq turnir cədvəlini qapayır. Ötən tur “Neftçi”ni səfərdə yenən Ayxan Abbasovun yetirmələri isə lider qrupuna yaxınlaşmaq üçün autsayderi yenməlidi.

.

Ertəsi gün paytaxtda baş tutacaq görüşlər qəsəbə stadionlarında keçiriləcək. Belə ki, Zirədə eyniadlı komanda "Sabah"ı qonaq edəcək. Bu, Rəşad Sadıqovlu "Zirə"nin ilk ev matçı olacaq. Bu qələbəylə yekunlaşarsa, "qartallar" hətta 1-ci pilləni ələ keçirə bilər.

 

Suraxanıda təşkil olunacaq turun mərkəzi qarşılaşmasında “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Tarixi derbinin iştirakçıları 80-ci dəfə çempionatda üz-üzə gələcək. Bu hər iki klubun yarışda 800-cü oyunu olacaq. Premyer Liqanın lideri avrokuboklarla vidalaşan, son 2 matçı uduzan əzəli rəqibiylə ev matçında favorit sayılaraq, qələbə şansı böyükdü.

 

 

Azərbaycan Premyer Liqası
III tur
19 sentyabr (şənbə)
17:00. “Qəbələ” – “Keşlə”

Qəbələ. Şəhər stadionu
 

19:15. “Sumqayıt” – “Səbail”
Sumqaylt. “Kapital Bank Arena” stadionu

 

20 sentyabr (bazar)
18:00. “Zirə” – “Sabah”

Bakı. Zirə İdman Kompleksinin stadionu 
 

20:15. “Qarabağ” – “Neftçi”
Bakı. “Azərsun Arena” stadionu

football24
27 Oktyabr 2020
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB