TOP 10

Yakub Jezniçak: "Legiya" "Qarabağ"da bu amilə xüsusi diqqət yetirməli və maksimum yararlanmalıdı"

Futbol
Tarix: 2020-09-19 00:00

"Legiya" üçün yaxşı püşk olmadı. Fikrimcə, hər iki tərəf nəticədən narazıdır. Çünki daha zəif komandalarla düşə bilərdilər". Sport24.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın polşalı sabiq futbolçusu Yakub Jezniçak Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

 

Hazırda Plotsk "Visla"sında çıxış edən təcrübəli müdafiəçi ölkəsinin "Legiya" klubunun Azərbaycan təmsilçisinə potensial rəqib olmasına münasibət bildirərkən, püşkdən öncə bir-birləriylə düşməsini istəmədiyini söyləyib: "Bir az ürəyim parçalandı. Bir tərəfdən, bütün həyatım "Legiya" ilə bağlıdır. Digər tərəfdən, Azərbaycanda 2 gözəl il keçirmişəm".

 

Jezniçak onun üçün oyun günündək şansların bərabər olduğunu hesab edir: "Matçın Varşavada keçirilməsi "Legiya" üçün birmənalı olaraq üstünlükdür. Çünki "Qarabağ" avrokuboklarda nadir hallarda evdə uduzur, əksər vaxt isə qalib gəlir. Kimin favorit olduğunu demək çətindir. Hər şey həmin gün hansı komandanın formada olacağından asılıdı. Təəssüf ki, bu duel qrup mərhələsində baş tutamayacaq. Həmin vaxt matçı daha rahat izləyərdim".

 

Yakub 2017-19-cu illərdə formasını geyindiyi "Qarabağ"la hazırkı komandadan güclü sayır: "Düşünürəm ki, hazırkı "Qarabağ" zəifdir. Bizim vaxtfa komanda Çempionlar Liqasının qrup mərhələsində oynamışdı. Növbəti mövsümdə isə turnirin pley-off mərhələsində uduzmuşdu. Bu dəfə isə 3-cü mərhələdə mübarizəni dayandırdılar. "Qarabağ"ın əsas kapitanı (Rəşad Sadıqovu nəzərdə tutur) karyerasını başa vurub. Birlikdə oynadığım legionerlərin çoxu isə komandanı tərk ediblər. Bu mənada indiki komandanın zəif olduğunu düşünürəm".

 

Mərkəz müdafiəçisi "Qarabağ"ın heyətində 4 futbolçunu fərqləndirib: "Birinci sırada heç şübhəsiz, Polşa çempionatından da tanıdığımız Donald Geryedir. O, 1 il əvvəl "Legiya"dan təklif almışdı, amma qəbul etmədi. Bilirik ki, qol vurmağı bacarır. Bunu "Şerif"lə oyunda da gördük. Həmçinin fransalı yarımmüdafiəçi Abdullah Zubir də təhlükəlidir. Yadımdadır, "Arsenal"la Çempionlar Liqasının oyununda Ştefan Lixtştayneri o qədər aldatmışdı ki, başı fırlanırdı. Gənc hücumçu Mahir Emrelini də qeyd etməliyəm. Cəmi 23 yaşı var, artıq 2 dəfə çempionatın bombardiri olub".

 

Azərbaycan çempionunun qapıçısı Şahruddin Məhəmmədəliyev barədə də danışan Jezniçak qolkiperin bəstəboy olduğunu vurğulayın: "Qapı xəttində inamlı təsir bağışlayır. "Molde" ilə matçda penaltini qaytardı. Amma boyu elə də uca deyil. "Legiya" bu amilə xüsusi diqqət yetirməli və maksimum yararlanmalıdır".

 

Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsində "Legiya” (Polşa) - “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq. Görüş oktyabrın 1-də səfərdə olacaq.

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB