TOP 10

"Legiya"nın baş məşqçisi "Qarabağ"la bağlı yanlışlığa yol verdi: "Uduzduğumuz "Reyncers" bu komandadan daha güclü idi"

Futbol
Tarix: 2020-09-19 09:19

"Legiya"sın baş məşqçisi Aleksandr Vukoviç Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirib. Sport24.az xəbər verir ki, Bosniya və Herseqovina əsilli polşalı baş məşqçi hələlik III raundda Kosovo "Drita"sı ilə keçirəcəkləri matçı düşündüklərini bildirib.

 

41 yaşlı mütəxəssis Azərbaycan çempionunu yalnız sözügedən qarşılaşmadan sonra analiz edəcəklərini söyləyib: "Ümid edirəm ki, "Drita" ilə matçdan sonra "Qarabağ"ın necə komanda olduğunu daha ətraflı müzakirə edəcəyik. İki il öncə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində iştirak ediblər. Həmin vaxt keçirdikləri oyunları yaxşı xatırlayıram. Amma ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində uduzduğumuz Şotlandiyanın "Reyncers" klubu daha güclü idi".

 

Əslində isə "Qarabağ" Vukoviçin dediyi kimi, 2 yox, əvvəl 3 il ÇL-nin qrup mərhələsində iştirak edib. 

 

Qeyd edək ki, "Qarabağ" "Legiya” -  “Drita” cütünün qalibiylə oktyabrın 1-də səfərdə qarşılaşacaq. 

football24
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB