TOP 10

Əliyevli “Ximki” 7 qola üzüldü

Dünya Futbolu
Tarix: 2020-09-18 23:30

Futbol üzrə Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.
 

Sözügedən kollektiv səfərdə “Krasnodar”la qarşılaşıb. Əliyevin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 2:7.


Kamran da bu matçın iştirakçısı olub. O, 58-ci dəqiqədə medana buraxılıb. Cari mövsümdə bir qol vurmuş Əliyev bu dəfə fərqlənə bilməyib.


8 turdan sonra cəmi 3 xalı olan “Ximki” 16 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB