TOP 10

İtaliya yığmasının sabiq üzvü A Seriyasında klubunu dəyişdi

Dünya Futbolu
Tarix: 2020-09-19 13:36

İtaliyanın “Bolonya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi müdafiəçisi Lorenso De Silvestrini transfer edib.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni klubuna azad agent statusunda keçən 32 yaşlı italyan futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.


Peşəkar karyerasına 2006-cı ildə “Latsio”da başlayan De Silvestri 2016-cı ildən “Torino”nun uğurları üçün çalışırdı. İtaliya yığmasında da oynamış təcrübəli futbolçu karyerası ərzində “Fiorentina” və “Sampdoriya”nın da formasını geyinib.

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB