TOP 10

“Fənərbaxça” onu Çin klubuna satdı

Dünya Futbolu
Tarix: 2020-09-19 14:08

“Fənərbaxça” braziliyalı yarımmüdafiəçisi Jaylsonu Çinin “Dalyan” klubuna satıb. Sport24.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.


Tərəflər demək olar ki, bu transferlə bağlı bütün məsələlərdə razılığa gəliblər. 25 yaşlı futbolçunun qısa zamanda Çin klubu ilə rəsmi müqaviləyə imza atması gözlənilir.


Klubdan verilən məlumata görə, “Fənərbaxça” bu transferdən 4.5 milyon avro gəlir əldə edəcək.


Jaylson 2018-ci ildə “Qremio”dan 4 milyon avro qarşılığında “Fənərbaxça”ya transfer olunmuşdu. O, bu komandanın heyətində meydana çıxdığı 63 oyunda 3 qola imza atıb.

football24
27 Oktyabr 2020
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB