TOP 10

86 dəqiqə oynadı, 5 qola sevindi - Nağıyev

Dünya Futbolu
Tarix: 2020-09-18 22:30

Futbol üzrə Moldova çempionatında 10-cu turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

 

Sözügedən komanda səfərdə “Floreşti” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan qələbə ilə ayrılıb - 5:0.

 

Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.

 

10 turdan sonra 16 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB