TOP 10

3 gündə keçiriləcək tur - "Neftçi" yenə "Bakcell Arena"dan kənarda qalacaq

Futbol
Tarix: 2020-09-18 17:52

Azərbaycan Premyer Liqasında IV turun oyun cədvəli açıqlanıb. Sport24.az xəbər verir ki, turun görüşləri 3 günü əhatə edəcək.

 

Bu da "Qarabağ"ın Avroliqanın pley-offunda matçının olmasıyla bağlıdı. Məhz bu üzdən Ağdam təmsilçisinin oyunu cümə günü keçirilərək turun açılış qarşılaşması olacaq. 

 

"Neftçi" Avropa Liqasının ardınca Premyer Liqada da rəqibini "Bakcell Arena"a qəbul edə bilməyəcək. Bu da stadionda gedən yenidənqurma işləriylə əlaqədardı. "Neftçi" "Qəbələ"ni Mərdəkanda qonaq edəcək ki, burda vaxtilə nominal meydan sahibi olub. 

 

Bütün qarşılaşmalar “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq. 

 

Azərbaycan Premyer Liqası, II tur

25 sentyabr (cümə)

19:00. “Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”

 

26 sentyabr (şənbə)

18:00. “Səbail” – “Sabah”
“ASCO Arena”

20:15. “Keşlə” – “Zirə”
“ASK Arena”

 

27 sentyabr (bazar)

19:00. “Neftçi” – “Qəbələ"
“Dalğa Arena”

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB