TOP 10

Avroliqada pley-offun püşkü atıldı

Dünya Futbolu
Tarix: 2020-09-18 17:00

Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.


Püşkatmada 3-cü təsnifat mərhələsinin 35 cütü və həmin raunddan azad olan 7 komanda iştirak edib. Onlar pley-offun 21 cütünü müəyyənləşdirib. Bunlardan səkkizi Çempionlar yolunda, on üçü Əsas yolda mübarizə aparacaq.


Püşk Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibini müəyyənləşdirib. Qonşu Türkiyəni təmsil edən “Qalatasaray”, “Beşiktaş” və “Alanyaspor”un da 3-cü təsnifat mərhələsini keçəcəyi halda üz-üzə gələ biləcəyi komandalar bilinib. "Beşiktaş" mərhələ adlayarsa, qrupa vəsiqə uğrunda İtaliya nəhəngi "Milan"la qarşılaşa bilər. "Neftçi"ni mübarizədən kənarlaşdıran "Qalatasaray" isə "Hayduk" səddini də keçəcəyi təqdirdə "Villem II" - "Reyncers" cütünün qalibinə rəqib olacaq.


Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin matçları sentyabrın 24-də, pley-off oktyabrın 1-də baş tutacaq.


Avropa Liqası
Pley-off


Çempionlar yolu
“Yanq Boyz” (İsveçrə) - “Tirana” (Albaniya)
“Dinamo” (Xorvatiya) - “Floriana” (Malta)/“Flora” (Estoniya)
“Yurqorden” (İsveç)/ÇFR (Rumıniya) - “Kuopio” (Finlandiya)/“Suduva” (Litva)
“Ararat” (Ermənistan)/“Çelye” (Sloveniya) - “Srvena Zvezda” (Serbiya)
“Dinamo” (Brest, Belarus) -  “Ludoqorets” (Bolqarıstan)
“Sarayevo” (Bosniya və Herseqovina)/“Buduçnost” (Monteneqro) - “Riqa” (Latviya)/“Seltik” (Şotlandiya)
“Legiya” (Polşa)/“Drita” (Kosovo) - “Qarabağ” (Azərbaycan)
“Şerif” (Moldova)/“Dandalk” (İrlandiya) - “Klasksvik” (Farer adaları)/“Dinamo” (Tbilisi, Gürcüstan)


Əsas yol
“Hapoel” (Beer-Şeva, İsrail)/“Motervell” (Şotlandiya) - “Viktoriya” (Çexiya)/“Sonderyuske” (Danimarka)
“Rusenborq” (Norveç)/“Alanyaspor” (Türkiyə) - "Mura" (Sloveniya)/PSV (Niderland)
“Sankt-Qallen” (İsveç)/AEK (Yunanıstan) - “Volfsburq” (Almaniya)/“Desna” (Ukrayna)
“Bazel” (İsveçrə)/“Anortosis” (Kipr) – ÇSKA (Sofiya, Bolqarıstan)/B-36 (Farer adaları)
“Sportinq” (Portuqaliya)/“Aberdin” (Şotlandiya) - LASK (Avstriya)/“Dunayska Streda” (Slovakiya) 
“Şarlerua” (Belçika)/“Partizan” (Serbiya) - “Apollon” (Kipr)/“Lex” (Polşa)
“Beşiktaş” (Türkiyə)/“Rio Ave” (Portuqaliya) - “Milan” (İtaliya)/“Bodo Qlimt” (Norveç)
“Kopenhagen” (Danimarka)/“Pyast” (Polşa) - “Riyeka” (Xorvatiya)/“Kolos” (Ukrayna) 
“Malmö” (İsveç)/“Lokomotiva” (Xorvatiya) - “Qranada” (İspaniya)/“Lokomotivi” (Gürcüstan)
“Şkendiya” (Şimali Makedoniya)/ “Tottenhem” (İngiltərə) - “Rostov” (Rusiya)/“Makkabi” (Hayfa, İsrail)
“Styaua” (Rumıniya)/“Slovan” (Çexiya) - APOEL (Kipr)/“Zrinski” (Bosniya və Herseqovina)
“Standard” (Belçika)/“Voyvodina” (Serbiya) - “Fehervar” (Macarıstan)/“Reyms” (Fransa) 
“Villem II” (Niderland)/“Reyncers” (Şotlandiya) - “Qalatasaray” (Türkiyə)/“Hayduk” (Xorvatiya)

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB