TOP 10

"Başakşehir"in futbolçusu "Neftçi"yə keçdi

Futbol
Tarix: 2020-09-18 15:23

Müqaviləylə Türkiyənin "Başakşehir" klubuna məxsus olan Azərbaycanın U-21 yığmasının futbolçusu Mert Çelik cari mövsümü ölkəmizdə keçirəcək. Sport24.az-ın əldə etdiyi məlumata görə, 20 yaşlı mərkəz müdafiəçisi "Neftçi"nin şərəfini qoruyacaq.

 

Bu gün tərəflər icarə müqaviləsinin bağlanması barədə razılığa gəliblər. Gənc futbolçu 1 il "ağ-qaralar"ın heyətində oynayacaq.

 

Qeyd edək ki, Çelik Sumqayıtda baş tutan və qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatan Azərbaycan - Fransa rəsmi matçında yığmamızın heyətində inamlı oyun nümayiş etdirib. 
 

football24
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB