TOP 10

"Neftçi"yə 2 qol vuran "Qalatasaray"ın hücumçusu: "Çox xoşbəxtəm"

Futbol
Tarix: 2020-09-18 16:20

"Qalatasaray"ının futbolçusu Mbaye Diaqne Avropa Liqasının II təsnifat mərhələsinin "Neftçi" ilə oyun haqda danışıb. Sport24.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı 2:1 hesabıyla qalib gəldikləri matçda dubla imza atan (19 və 63-cü dəqiqələrdə) seneqallı hücumçu çox xoşbəxt olduğunu söyləyib: "Uzun müddətdən sonra öz oyunumu tapdım. Əzmkar işin qarşılığını gec-tez alırsan. Artıq qarşıdakı matçı düşünəcəyik. İnanıram ki, qələbə qazanacağıq".

 

Qeyd edək ki, "ağ-qaralar"ı Avropa Liqasından kənarlaşdıran "Qalatasaray" III raundda Xorvatiyanı "Hayduk" (Split) klubu ilə qarşılaşacaq. Görüş sentyabrın 24-də olacaq. Bunadəksə "Qalatasaray" sentyabrın 20-də Super Liqanın II turunda son çempion "Başakşəhir"in qonağı olacaq. 

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB